Qaydalar və Şərtlər

Qaydalar və şərtlər

Portaldan İstifadə Qaydaları

“iktlab.edu.az - Portal” “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-yə məxsus olan www.iktlab.edu.az ünvanında fəaliyyət göstərir. Biz, bu portaldan istifadə edən istifadəçilərə öz şəxsi istəkləri əsasında onlayn kurslarda iştirak etmək üçün onlayn virtual təlim-tədris xidmətləri təklif edirik. Portala daxil olaraq xidmətlərdən istifadə edərkən, siz, hazırki İstifadə Qaydalarına və portalda olan bütün digər şərtlərə və qaydalara əməl etməyə razılaşırsınız. Portalın xidmətlərindən istifadə edərkən bu İstifadə Qaydalarına əməl etmədiyiniz təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırsız.

 Təlim-tədris xidmətləri

“iktlab.edu.az” portalı vasitəsilə xidmətlər göstərən peşəkar mütəxəssislər və təlimçilər ümumilikdə iktlab.edu.az”-ın Mütəxəssisləri adlandırılır. Portalda yerləşdirilmiş resurslar Mütəxəssislərimiz tərəfindən hazırlanır və bütün müəllif hüquqları qorunur. İktlab.edu.az portalında olan məlumatlar yalnız təlim-tədris prosesi məqsədini daşıyır və peşəkar mütəxəssisin rəyini, tövsiyələrini əvəz etmək üçün nəzərdə tutulmayıb. 

Müəllif hüquqları 

İktlab.edu.az portalında yerləşdirilən bütün materiallar, video dərslər və kurslar üzrə müəllif hüquqları “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-yə məxsusdur. Bu resurslardan yalnız “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin yazılı razılığı və müfaviq qaydada istinad verməklə istifadə etmək mümkündür.

İstifadəçi hesabları

İktlab.edu.az-da qeydiyyatdan keçən zaman sizdən tam adınızı, şəxsiyyət vəsiqənizin seriya nömrəsini, elektron poçt (email) ünvanınızı, parol və iktlab.edu.az tərəfindən toplanan digər müəyyən məlumatları (ümumilikdə “Hesab Məlumatları”) daxil edərək, hesab (“Hesab”) yaratmaq tələb olunur. Hesab yaratmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur. Qeydiyyat zamanı bizə təqdim etdiyiniz hesab məlumatlarınızın doğru, dəqiq, cari və tam olduğu ilə razılaşırsınız. Hesab giriş məlumatlarınızı başqasına ötürmək və ya bu  məlumatlar ilə digər şəxsin bu Portaldan istifadə etməsinə şərait yaratmaq və ya birdən çox Hesab yaratmaq qəti qadağandır. Siz Hesab parolunuzun məxfiliyinin qorunub saxlanılması və hesabınızda baş verən bütün fəaliyyətlər üçün cavabdehlik daşıyırsınız. İktlab.edu.az, Hesab Məlumatlarınızın təhlükəsizliyi ilə bağlı zəruri və ya əsaslı hesab etdiyiniz istənilən və bütün əməliyyatları yerinə yetirmək hüququna malikdir. Heç bir halda iktlab.edu.az portalında Hesab məlumatlarından istifadə etməyiniz və ya hesabınızda olan məlumatların kimsə tərəfindən üçüncü tərəfə ötürülməsi ilə bağlı və ya bunun nəticəsində baş verən hər hansı zərər və ya öhdəlik üçün sizin qarşınızda cavabdehlik daşımayacaqdır. Siz heçbir halda başqasının hesabından istifadə edə bilməzsiniz. 

 Əmtəə və ticarət nişanları

İktlab.edu.az portalında və ya Xidmətlərində nümayiş olunan müəyyən adlar, loqolar və digər materiallar “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin, “İKT LAB” ticarət nişanının və ya digər qurumların əmtəə nişanları, ticarət adları, xidmət markaları və ya loqolarından təşkil oluna bilər. “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin açıq yazılı icazəsi olmadan sizə həmin əmtəə və ticarət nişanlarından istifadə etmək icazəsi verilmir. Bütün belə əmtəə və ticarət nişanları və onlar ilə bağlı mülkiyyət hüququ “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-yə və ya həmin digər qurumlara aiddir. 

 İstifadəçilər üçün giriş hüquqları

Biz sizin üçün Portaldan istifadə imkanı yaratmaqla sizə  Portala giriş və Xidmətlərdən yalnız şəxsi, qeyri–kommersiya məqsədilə və yalnız bu İstifadə Qaydalarında icazə verilən şəkildə istifadə etmək üçün məhdud, qeyri müstəsna, başqalarına ötürülə bilinməyən hüquq veririk (“Giriş hüquqları”). Biz öz ixtiyarımızla istənilən səbəbdən hər kəs üçün Portaldan və ya Xidmətlərdən istifadəni ləğv etmək və ya dayandırmaq hüququna sahibik. Siz aşağıdakıları etməyəcəyiniz və onları etməyə cəhd göstərməyəcəyiniz barədə razılaşırsınız:

1. Sayt və ya Xidmətlərdən hər hansı yerli, dövlət, milli və ya beynəlxalq qanunu pozmaq üçün istifadə etmək

2. Sayt və ya Xidmətlərin hər hansı proqram təminatı ilə pirat nüsxəsini əldə etmək, dizaynını dəyişmək, sökmək, hissələrə ayırmaq;

3. Sayt vasitəsilə virus və ya digər zərərli kompüter kodlarını yaymaq və ya digər şəkildə yuxarıda qeyd olunan istifadənin əhatə dairəsini aşacaq şəkildə Xidmətlərdən və Saytdan istifadə etmək.

Biz ciddi şəkildə ictimai kompüterlərdə Xidmətlərdən istifadə etməməyi tövsiyyə edirik. Biz, həmçinin ictimai kompüterlərdə veb brauzer və ya digər proqram təminatında hesab giriş məlumatlarını saxlamamağı da tövsiyyə edirik. 

Sertifikat

İktlab.edu.az portalında keçdiyiniz kursların sonunda sizə sertifikat təqdim olunur. Sertifikat sizin portalda aldığınız biliklərə görə təqdim olunan rəsmi sənəddir. Sertifikat üzərində sizin tam adınız, keçdiyiniz kursun adı qeyd olunur. Sertifikatda hər hansısa bir üsulla dəyişiklik etmək qəti qadağandır. Əldə etdiyiniz sertifikatlar portalın məlumat bazasında saxlanılır və lazım olduqda sertifikatın həqiqiliyinin yoxlanılması üçün istifadə olunur.