Məxfilik siyasəti
İstifadəçi
barədə məxfilik necə qorunur?
“iktlab.edu.az” Portalı vasitəsilə online (virtual) təlim-tədris
xidmətləri göstərən tərəf kimi, biz başa düşürük ki, siz və özünüz haqqında
olan məlumatlar şəxsi məlumatlardır. Buna görə də, biz, sizin şəxsi
məlumatlarınızın məxfiliyini qorumağa çalışırıq. Biz davamlı olaraq inzibati,
fiziki və texniki vasitələrlə həmin məlumatları qorumaq istiqamətində bütün
zəruri tədbirlər görürük.
Şəxs haqqında
məlumatlardan necə istifadə edirik?
Şəxsi məlumatlarınızı təlim-tədris
xidmətləri ilə sizi təmin etmək üçün istifadə edirik. Aşağıda həmin
fəaliyyətlərə dair nümunələr təqdim olunur:
- Kurslardan
istifadə – Bizə təqdim
etdiyiniz şəxsi məlumatların qeydiyyatını aparırıq. Bura sizin yazıldığınız
kurslar, fəaliyyətiniz, yaşınız, əvvəllər yazıldığınız kurslar və təlimlər
daxil ola bilər. Biz bu məlumatları digər şirkətlərə və ya müəssisələrə, üçüncü
şəxslərə ötürmürük.
- Keyfiyyətə
nəzarət əməliyyatları – Şəxsi
məlumatlar göstərdiyimiz xidmətləri təkmilləşdirmək, portalın işçi heyətini
təlimatlandırmaq, keyfiyyəti qiymətləndirmək və müştəri xidmətlərini
yaxşılaşdırmaq üçün istifadə edilir.
Biz həmçinin sizin
şəxsi məlumatlarınızdan aşağıdakılar üçün istifadə edə bilərik:
- Sui–istifadə
və ya laqeydlik qurbanlarını qorumaq üçün səlahiyyətli orqanları
məlumatlandırmaq
- Saxtakarlıq
və dələduzluq hallarının araşdırılması kimi nəzarət tədbirləri görmək
- Hüquq–mühafizə
orqanlarının rəsmilərinə və ya məhkəmə qərarlarına, məhkəmə çağırışlarına və ya
qanunla müəyyən edilmiş digər proseslərə cavab vermək
- Məxfilik və
tədqiqat ehtiyaclarının tarazlaşdırılmasını təmin etmək məqsədilə daxili analiz
protokollarından sonra araşdırma və tədqiqat aparmaq
Topladığımız
və ya saxladığımız şəxsi məlumatlara aşağıdakılar daxil ola bilər:
- Adınız, yaşınız, cinsiniz, şəxsiyyət vəsiqəsi məlumatlarınız, epoçt ünvanınız, istifadəçi adınız, parolunuz və digər qeydiyyat məlumatları
- Hansı İnternet Brauzerdən, istifadə etdiyiniz kompüter və ya mobil cihazın növü və Saytdan necə istifadə etdiyiniz haqqında digər məlumatlar kimi istifadə etdiyiniz kompüter və ya mobil cihaz haqqında məlumatlar
- Sayt və ya əlaqədar xidmətlərdən istifadə etdiyiniz zaman daxil etdiyiniz digər məlumatlar.
Biz sizin
Şəxsi Məlumatlarınızdan aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:
- Sizi Xidmətlər ilə
təmin etmək
- Keyfiyyət üzrə analizlər
və oxşar fəaliyyətləri yerinə yetirməklə təlim-tədris xidmətlərinin
keyfiyyətini təkmilləşdirmək
- Xidmətlərdən istifadə
ilə bağlı məcmu statistika kimi müəyyən edilmiş məlumatlar
hazırlamaq
- Sayt yenilikləri
mövcud olduqda sizə məlumat vermək
- Saytı və Xidmətləri
sizə təqdim etmək və təşviq etmək
Texnologiya
vasitəsilə topladığımıız məlumatlar
Sayt və ya Xidmətlərdən
istifadə etdikcə, müəyyən məlumatlar, Vahid Resurs Lokatorları (URL- lar) və
üçüncü tərəf izləmə xidmətləri, o cümlədən aşağıdakılar haqqında naviqasiya
məlumatları və müəyyən məlumatlar Cookies tərəfindən passiv şəkildə toplana
bilər:
- Saytın fəaliyyəti
haqqında məlumatlar. Saytda apardığınız
axtarışların məzmunu kimi Saytda yerinə yetirdiyiniz əməliyyatlardan
bəzilərinin qeydini apara bilərik.
- Giriş cihazı və
brauzer məlumatları. Sayta kompüter və
ya digər cihazdan daxil olduqda, biz, İnternet protokol ünvanınız,
brauzer tipiniz, əlaqə / bağlantı sürəti və giriş vaxtları kimi həmin
cihazdan anonim məlumatları toplaya bilərik (ümumilikdə “Anonim
məlumatlar”).
- Cookies. Biz Sayt və Xidmətlərdən istifadə
edilməsini asanlaşdırmaq, reklamımızı daha yaxşı etmək və həm sizi, həm
də iktlab.edu.az–ı qorumaq üçün həm sessiya Cookies – dən
(veb brauzerinizi bağlayan vaxt qüvvədən düşən), həm də davamlı Cookies –
dən istifadə edə bilərik. Siz seçimləri dəyişərək, Cookies–lərin qəbul
edilməsini dayandırmaq və daxil olduğunuz vebsaytlardan Cookie qəbul
etməzdən əvvəl sizi həvəsləndirmək barədə brauzerinizə göstərişlər verə
bilərsiniz. Lakin siz Cookies-ləri qəbul etmədiyiniz halda , Sayta daxil
olmuş vəziyyətdə qala bilməyəcəksiniz. Biz həmçinin Sayt və Xidmətlərdən
istifadəni asanlaşdırmaq və məsələn istifadə modellərini ümumiləşdirməklə
reklamlarımızı daha yaxşı etmək üçün Piksellərdən də istifadə edə
bilərik. Hal–hazırda, biz, Saytımızın bütün hissələrində “İzləməyin”
("Do Not Track”) sorğularını təsdiq etmirik.
- Real vaxt məkanı. Saytın müəyyən xüsusiyyətləri
cihazınızın yeri haqqında real vaxt məlumatlarını toplamaq üçün GPS
texnologiyasından istifadə edir ki, Sayt sizin olduğunuz ölkədə
Xidmətləri təmin etmək üçün lisenziyalaşdırılan və ya səlahiyyətli olan
Tibb Mütəxəssisi ilə sizin aranızda əlaqə qura bilsin. Saytımızda Google
Maps xidmətlərinə daxil olanda, siz, Google–nun Xidmətlər Şərtləri (Terms of Service) və Məxfilik Siyasəti (Privacy Policy) ilə razılaşmış olursunuz.
- Mobil xidmətlər. Biz mobil cihazınızdan və ya
kompüterinizdən qeyri – şəxsi məlumatları toplaya bilərik. Ümumiyyətlə,
bu məlumatlar bizə sizin üçün ən müvafiq məlumatları çatdırmağa kömək
etmək üçün istifadə edilir. Toplanıla və istifadə edilə biləcək
məlumatlara dair nümunələrə sizin istifadə etdiyiniz cihazın və ya
kompüterin növü haqqında məlumatlar və tətbiqdən (lərdən) necə istifadə
etdiyiniz daxildir. Bundan əlavə, bizim tətbiq (lər) haqqında mobil
cihazınıza məlumat gəldikdə, biz, mobil cihazınızın model proqram
təminatı versiyası və cihaz daşıyıcısı haqqında məlumatlar qəbul
edəcəyik, bu məlumatlar isə bizə problemləri müəyyənləşdirmək və aradan qaldırmaq
və digər şəkildə tətbiqlərimizin performansını təkmilləşdirmək imkanı
verir.
- Analitika alətləri. Biz istifadəçilərin Saytdan necə
istifadə etdiklərini analiz etməyə kömək etmək üçün Google Analytics kimi
alətlərdən istifadə edirik. Bu üçüncü tərəflər bizim adımızdan istifadə
və cihaz ilə əlaqəli məlumat və verilənləri toplaya və analiz edə bilmək
üçün xidmətlərimizdə cookies, API və SDK–lərdən istifadə edə bilərlər.
Google Analytics, AppsFlyer və Mixpanel istifadəçilərin Sayta neçə
vaxtdan bir daxil olmaları, hansı səhifələrə baxmaları və Sayta daxil
olmazdan əvvəl hansı digər saytlardan istifadə etdikləri barədə
məlumatları toplamaq üçün Cookies – dən istifadə edirlər. Biz əldə
etdiyimiz məlumatlardan Saytımızı və Xidmətlərimizi təkmilləşdirmək üçün
istifadə edirik. Google Analytics növbəti dəfə Sayta daxil olduğunuz vaxt
sizi unikal istifadəçi kimi müəyyənləşdirməkdən ötrü veb brauzerinizdə
davamlı Cookie yaratsa da, Cookie, Google–dan başqa heç kim tərəfindən
istifadə edilə bilməz. Google–un Google Analytics tərəfindən sizin Sayta
daxil olmağınız haqqında toplanılan məlumatlardan istifadə etməsi və
onları paylaşması Google Analytics – in İstifadə Qaydaları və Google–un
Məxfilik Siyasəti ilə məhdudlaşdırılır.
İctimai rəy yazın / Fikrinizi bildirin